"Axşamlar avtobusa daş atırlar, bizi döyürlər..."

"Axşamlar avtobusa daş atırlar, bizi döyürlər..."
14:42 19 Aprel 2017
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli Bakıətrafı qəsəbələrə hərəkət edən avtobuslarda vəziyyətin acınacaqlı olmasına münasibət bildirib.

Milli.Az xəbər verir ki, APA-ya müsahibəsində baş direktor bildirib ki, Bakıətrafı qəsəbələrə hərəkət edən avtobuslarda vəziyyəti detallı şəkildə öyrənmək üçün özü şəxsən ora gedib: "Sürücülər mənə deyir ki, biz qapını bağlayırıq, axşamlar avtobusa daş atırlar, bizi döyürlər, kənd camaatından qorxuruq və məcburən qapıları açıq sürürük. Hamı məsuliyyəti tam olaraq sürücülərin boynuna qoyur. İndi mən sual verirəm: sərnişin bilmir ki, o avtobusa minsə, qapı açıq qalacaq və o yolboyu sallana-sallana gedəcək?

Baş direktor deyib ki, qapısı açıq avtobusu idarə edən sürücülərin əksəriyyəti cavanlardır: "Onlar bir növ adrenalin axtarırlar. Amma Avropada bunu etməzlər. Onların adrenalin axtarışı nəticəsində vəziyyət bu həddə çatır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/536690.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR