Bu dəfə Elmirin sevgilisi Əliyə namizəd oldu - VİDEO

Bu dəfə Elmirin sevgilisi Əliyə namizəd oldu - VİDEO
14:47 19 Aprel 2017
157 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Star TV"də yayımlanan "Zuhal Topalla" izdivaç verilişində namizəd olan azərbaycanlı modellər Əli Əkbər və Elmir İsmayılov arasında qalmaqal yaşanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Özbəkistandan olan Sayoş adlı qız Əliyə namizəd olaraq proqrama qatılıb. Sayoş 26 yaşı olduğunu, modellik etdiyini söyləyib.

Sayoşu bəyənən Əli onunla çay içməyə yollanıb.

Azərbaycanlı iştirakçı ötən gün verilişdə namizədi ilə bağlı açıqlama verib. O bildirib ki, Sayoş Elmirin keçmiş sevgilisi olub:

"Çay içən zaman mənə dedi. Elmirin keçmiş sevgilisidir. Elmirin bir müddət əvvəl mənə etdiyi, indi öz başına gəlir. Dünən Elmir proqramdan sonra yanımdan keçəndə "keçmiş sevgilim" kəlməsini işlətdi. Hadisədən onda xəbərim oldu".

Sayoş xəbərin doğru olduğunu deyib:

"Doğrudur. İki-üç ay münasibətimiz oldu. Bir ay əvvəl ayrıldıq. Barmağındakı üzüyün sahibi də mən deyiləm. Bura Əlidən xoşum gəldiyi üçün gəlmişəm".

E.İsmayılov isə "Biz geri dönmərik, keçmişdə olan geridə qalır. Bura mənim acığıma gəldiyinə inanıram. Üzüyün sahibi ilə 8 il münasibətimiz olub" söyləyib.

Qeyd edək ki, Elmir Naz Milaya namizəd olmuşdu. Onların ayrılmasına səbəb isə Elmirin barmağındakı üzük olub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/536665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR