​Ev almaq istəyənlərə XOŞ XƏBƏR!

Son bir neçə aydır mənzil bazarında qiymətlər ucuzlaşmqda davam edir. Statistikalar göstərir ki, 2016-cı ilin son rübü ilə müqayisədə, 2017-ci ilin birinci rübündə paytaxtdakı mənzil bazarında 2,3% ucuzlaşma müşahidə edilib.

İqtisadçı Natiq Cəfərli bununla bağlı Metbuat.az-a açıqlamasında bildirir ki, manatın möhkəmlənməsi davam edərsə, mənzillərin manatla ifadəsində ucuzlaşma müşahidə olunacaq:

“2000-ci illlərin ortalarına qədər mənzil bazarında əsas ödəniş vasitəsi dollarla idi. Manat möhkəmlənəndən sonra böyük ticarət əməliyyatları, o cümlədən daşınmaz əməliyyatlar manatla həyata keçirilirdi. Sonradan qiymətləndirmə yenidən dollara keçdi. Son iki aya yaxındır ki, manatda möhkəmlənmə müşahidə olunur. Yanvarın sonunda dollar 1.92 məzənnədən 1.70-ə qədər ucuzlaşdı. 10 min dollara olan bir daşınmaz əmlak əvvəl təqribən 19 min 200 manata başa gəlirdisə, indi 17 minə başa gəlir. Bütün bu proseslər təbiidir. Çünki qiymətlər məzənnəyə uyğun olaraq hesablanır. Amma mənzil bazarının ən böyük problemi alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Rəsmi statistika da göstərir ki, keçən illərə nisbətən son dövrlər mənzil bazarında alıcılıq qabiliyyəti dəfələrlə aşağı düşüb. İnsanların daşınmaz əmlaşa marağının və imkanlarının tükənməsi mənzil bazarındakı qiymətlərə təsirini son iki ildə ciddi şəkildə göstərib”.

Xəyalə Məmmədova /Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR