SOCAR-ın enerjiyə qənaət edən yeni maşınları - FOTO

SOCAR-ın enerjiyə qənaət edən yeni maşınları - FOTO
14:58 19 Aprel 2017
Ölkə mətbuatı
A- A+

BMTİP – GEF karbon emissiyalarının azaldılması layihəsi çərçivəsində hibrid enerji sərfəli avtomobillər SOCAR-a təhvil verilib.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən Publika.az-a verilən məlumata görə, bu avtomobillər benzin enerjisini elektrik enerjisinə çevirmək və öz növbəsində mühərriki işə salmaq üçün nəzərdə tutulub.

Dörd hibrid enerji sərfəli avtomobil Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) Xəzər rayonunun Qala qəsəbəsindəki Eko-parkda BMT İnkişaf Proqramı (BMTİP) tərəfindən təqdim edilərək SOCAR-a təhvil verilib.

Avtomobillər SOCAR-ın ekoloji məsələlər üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadəyə təhvil verilib.

BMTİP Rezident Nümayəndəsinin müavini, Alessandro Frakassetti Azərbaycanda enerji səmərəli tədbirləri həyata keçirən layihələrin əhəmiyyətini vurğulayıb. O SOCAR-ın sərfəli enerji tədbirləri təcrübəsinin digər dövlət qurumları və özəl sektor tərəfindən də mənimsənilməsinə ümidini izhar edib.

Avtomobillər Qlobal Ekoloji Fond (GEF) tərəfindən maliyyəşən və BMTİP və SOCAR tərəfindən birgə həyata keçirilən layihə çərçivəsində alınıb. Bir müddət əvvəl seçilmiş 12 SOCAR sürücüsünə eko-sürücülük üzrə təlimlər keçirilib. Test nəticələri onu göstərir ki, təlimlər əsasında sürücülər tərəfindən yanacağın istehlakı 20% -dən 8 %-dək azalıb.

Bu layihə çərçivəsində yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılması üzrə silsilə tədbirlərdən yalnız biridir. Digər fəaliyyətlərə mövcud sahilyanı neft və qaz yataqları ərazisində baca və havaya buraxılan qazların yığılması, enerji səmərəli binaların və kiçik külək turbinlərinin qurulması daxildir.

Mərasimdən sonra, iştirakçılar Əlaqədirmə Komitəsi Görüşündə layihənin 2016-cı ildə əldə etdiyi nəticələri nəzərdən keçirib və 2017-ci il üçün layihə planlarını müzakirə ediblər. Tədbir SOCAR tərəfindən təşkil edilmiş ağac əkmə mərasimi ilə tamamlandı.

SOCAR-ın vitse prezidenti layihəni SOCAR-ın iddialı “sıfır emissiyalı kompaniya”ya çevrilməsi planının bir hissəsi kimi vurğuladı. Xanım Hüseynzadə bu strategiyanın Azərbaycan iqtisadiyyatı və inkişafına, eləcə də daha təmiz ətraf mühitin təmin edilməsinə xidmət göstərəcəyini bildirdi.

“Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları” adlı layihənin məqsədi tikinti, nəqliyyat və qaz emalı kimi üç sahədə səmərəli enerji pilot tədbirləri həyata keçirməkdir. Layihə BMT Dayanıqlı İnkişaf Gündəliyi, Azərbaycanın Milli İnkişaf Strategiyası və SOCAR-ın “sıfır emissiya” strategiyasını dəstəkləyir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/195667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR