Deputatların bir birinin yerinə səs verməsi qadağan olunur - MİLLİ MƏCLİSDƏ

Deputatların bir birinin yerinə səs verməsi qadağan olunur - MİLLİ MƏCLİSDƏ
14:59 19 Aprel 2017
60 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Məclisinin iclası zamanı deputatın digər həmkarının yerinə səs verməsi, çıxış zamanı münaqişə yaratması və gündəlikdən kənar mövzuda danışması qadağan edilir.
 
APA-nın əldə etdiyi məlumata görə, bu, yeni hazırlanmış “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” yeni qanun layihəsinin 7-ci (Milli Məclisin iclaslarında etik davranış qaydaları) maddəsində əksini tapıb.
 
Təklif olunan maddəyə əsasən, deputat başqa deputatın əvəzinə səs verməməli, onun verdiyi sual və təkliflərin məzmunu müəyyən edilmiş gündəliyə uyğun olmalıdır. Deputat çıxış edərkən başqasına hörmətlə yanaşmalı, mövqeyini hədə və digər zorakı hərəkətlərlə bildirməməlidir. Deputata iclas zamanı çıxış edənin sözünün kəsmək, kənar müdaxilə etmək, çıxışlarda kobud ifadələr işlətmək də qadağan edilir.
 
Qadağalara əməl olunmadığı təqdirdə MM-in İntizam komissiyasının parlament sədrinə müraciəti əsasında həmin deputat barəsində müvafiq qərar qəbul ediləcək.
 
Layihə sabah Milli Məclisin İnsan hüquqları komitəsi ilə Hüquq siyasəti və Dövlət quruculuğu Komitəsinin birgə iclasında müzakirə olunacaq.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272560

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR