Nəzarət Palatası İdman mərc oyunlarından nə qədər qazanacaq?

Nəzarət Palatası İdman mərc oyunlarından nə qədər qazanacaq?
15:42 19 Aprel 2017
129 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda idman mərc oyunlarının operatoru Maliyyə Bazarlarına Nəzarət Palatasına hər il sabit olaraq 475 min manat haqq ödəməlidir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının "Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi Qaydaları"nda əksini tapıb.
 
Lotereya təşkilatçısı üçün isə sabit illik dövrü ödəniş 160 min manat müəyyənləşdirilib.
 
Bundan əlavə, Maliyyə Bazarlarına Nəzarət Palatasına poçt rabitəsinin milli operatoru 70 min manat, fond birjaları 15 min manat, investisiya şirkətləri 10 min manat, klirinq təşkilatları 15 min manat, investisiya fondları 20 min manat, investisiya fondlarının idarəçiləri 10 min manat illik sabit dövri ödəniş etməlidirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/536710.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR