"Dağlıq Qarabağ məsələsi..." - Fransa prezidentliyinə namizəddən SƏRSƏM AÇIQLAMA

"Dağlıq Qarabağ məsələsi..." - Fransa prezidentliyinə namizəddən SƏRSƏM AÇIQLAMA
16:05 19 Aprel 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

"Dağlıq Qarabağ konfliktinin həlli tərəflərin Dağlıq Qarabağın Ermənistana birləşməsi ilə bağlı razılığa gəlməsidir".

Əsl ad və soyadı Marion Ann Perrin Le Pen olan fransız siyasətçi, ölkənin ifrat sağçı və irqçi siyasətçisi Jan-Mari Le Penin qızı Mari Le Pen belə deyib.

Milli.Az bildirir ki, Fransadakı ermənilərin "Nouvelles d'Arménie" jurnalına müsahibəsində aşkar ermənipərəst mövqe tutan Mari Le Pen "Fransa Milli Cəbhəsi" partiyasının sədridir və ölkədə keçiriləcək prezident seçkilərinə namizəd qismində qatılıb.

Onun sözlərinə görə, sabiq Sovetlər Birliyində respublikalar arasındakı sərhədlər çox sürətlə, heç bir təhlil olmadan beynəlxalq sərhədlərə çevriliblər.

"Dağlıq Qarabağın müstəqilliyi variantı ilə müqayisədə onun Ermənistana birləşməsi daha məqbul variantdır. Ümumiyyətilə, düşünürəm ki, Fransa Şərqdə xristianların müdafiəçisi kimi lider mövqeyini geri qaytarmalıdır", - söyləyən Le Pen qondarma "erməni soyqırımı"nı da unutmadığını deyib: "O hadisələrdə həlak olmuş ermənilərin xatiirələrini sayğı ilə anıram. 1915-ci ildə Türkiyədən qaçan ermənilərin bir qisminin Fransaya gəlməsi ölkə həyatında önəmli hadisə oldu. Birinci Dünya Savaşından sonra Fransanın bərpasında mühüm rol oynamış ermənilər cəmiyyətimizə nümunəvi şəkildə assimilyasiya oldular".

Fransa prezidentliyə digər namizəd Fransua Fiyon isə bu yaxınlarda "Nouvelles d'Armenie"yə verdiyi müsahibəsində Azərbaycanı "Dağlıq Qarabağı işğal etmək"də suçlamışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/536731.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR