Təhlükəli səma cismi yerə yaxınlaşır

Təhlükəli səma cismi yerə yaxınlaşır
16:09 19 Aprel 2017
147 Digər
Ölkə mətbuatı
A- A+

Nasa mütəxəssislərinin xəbər verdiyi kimi, bu gün təhlükəli hesab edilən “2014 JO25” asteroidi yer kürəsinə yaxınlaşmaqdadır.

 

Lent.az-ın The Sun-a istinadən məlumatına görə, asteroid 3 il bundan əvvəl, 2014-cü ilin may ayında kəşf edilib. Onun diametri 1,5 km-dir.

Asteroid Yer kürəsindən 1,77 milyon kilometr məsafədə, saniyədə 33 km və ya saatda 120 min km sürətlə keçəcək. 

Asteroid  son 400 ildə ilk dəfə yerə ən yaxın məsafədə yaxınlaşacaq səma cismi sayılır.

NASA alimlərinin sözlərinə əsasən, asteroid daha təhlükəsiz məsafədən keçəcəyi üçün o qədər də təhlükəli deyil. Nəhəng səma cismi bu gün Yerə maksimal məsafədə ( 1,77 milyon km) yaxınlaşacaq.

Deyilənə görə,  Asteroidin parlaq səthinə görə onu  kiçik teleskopla da müşahidə etmək mümkün olacaq. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272568

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR