Sakinlər təhlükədən yan keçdilər - Bu dəfə otlaq sahədə aşkar edildi - FOTO

Sakinlər təhlükədən yan keçdilər - Bu dəfə otlaq sahədə aşkar edildi - FOTO
16:22 19 Aprel 2017
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz rayonu Əlimərdanlı kəndində otlaq sahəsinə baxış keçirilib, 1 ədəd əl qumbarası (RQN) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar - 19 aprel 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 8 otlaq sahəsinə, 7 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 160 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 132 ədəd partlamamış hərbi sursat, 103 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 992 674 kv.m ərazi (528 688 kv.m əl ilə, 566 400 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 784 586 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/536732.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR