Səmadan TƏHLÜKƏ yaxınlaşır - Qitəni dağıda bilər

Səmadan TƏHLÜKƏ yaxınlaşır - Qitəni dağıda bilər
16:27 19 Aprel 2017
151 Maraqlı
Ölkə mətbuatı
A- A+

Eni 500 metrə yaxın olan JO25 asteroidi Yerə yaxınlaşır. O, aprelin 20-nə keçən gecə planetimizdən 1,8 milyon kilometr məsafədən keçəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, NASA-nın xarici KİV-lərdə yayılan məlumatına görə, bu, müvafiq kosmik cismin son 400 ildə Yerə maksimum yaxınlaşma məsafəsidir.

NASA-da qeyd edirlər ki, JO25 Yer kürəsində həyat üçün potensial təhlükə yaradan kosmik cisimlər siyahısına daxil olunsa da, planetə real təhdid təşkil etmir. Mütəxəssislərin fikrincə, əgər bu böyüklükdə asteroid Yerlə toqquşsa, hətta okeana düşsə belə, qitələrdən birini tamamilə dağıda bilər.

Asteroid rekord yüksək sürətlə (saniyədə 33, saatda 120 min kilometr) uçacaq. Yerə yaxınlaşma anında parlayan səthi sayəsində onu çox da böyük olmayan teleskopla da görmək mümkün olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/536719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR