FHN Nəvahidə təlim keçib

FHN Nəvahidə təlim keçib
16:34 19 Aprel 2017
74 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 19 aprel 2017-ci il tarixində Hacıqabul rayonu, Nəvahi qəsəbəsi 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

 

FHN-dən Lent.az-a verilən məlumata görə, şagirdlərin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə nail olmaq məqsədi daşıyan tədbirdə  Mərkəzin əməkdaşları fövqəladə hal anlayışı, təbii fəlakətlər, sel, daşqın, zəlzələ, yanğın təhlükəsizliyi, meşə yanğınları, su hövzələrində insanların təhlükəsizliyi, dəm qazından zəhərlənmənin profilaktikası, “112” qaynar xətti və sair mövzularda geniş məlumat veriblər.

 

 O cümlədən, “Daşqın, zəlzələ, dəm qazından zəhərlənmənin qarşısının alınması, bu kimi halların baş verməməsi və ya baş verdikdə nə etmək lazımdır” mövzusunda davranış qaydaları izah edilib.

 

Tədbirdə dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri, hansı hallarda “112” qaynar xətti ilə əlaqə saxlamaq lazımdır mövzularında çıxışlar edilib və mövzulara aid videoçarxlar nümayiş etdirilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272572

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR