Sputnik gənc ifaçıya musiqi yaradıcılığında dəstək olacaq

Sputnik gənc ifaçıya musiqi yaradıcılığında dəstək olacaq
17:05 19 Aprel 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Sputnik Azərbaycan İnformasiya agentliyi və Radiosu Azərbaycanı Rusiya televiziyasında yayımlanan "Sən supersən!" müsabiqəsində təmsil edən 17 yaşlı Pərvanə Alcanovaya musiqi yaradıcılığını davam etdirməkdə yardımçı olacaq, onun uğurları və planları barədə portalda, sosial şəbəkədəki səhifəsində oxucularına danışacaq.

Milli.Az bildirir ki, bu gün keçirilmiş mətbuat konfransında Sputnik Azərbaycan agentliyinin rəhbəri Əziz Əliyev qeyd edib ki, agentlik Pərvanənin bütün yaradıcılıq addımlarını işıqlandıraraq ona dəstək olacaq. Onun sözlərinə görə, Sputnik Azərbaycan-ın hazırladığı bütün radioxəbərlərin saytdakı versiyalarındə Pərvanənin səsindən istifadə ediləcək və məhz gənc ifaçı agentliyin şüarını elan edəcək.

Mətbuat konfransında iştirak edən Pərvanə müsabiqə barədə təəssüratlarını və gələcək planlarını bölüşüb.

"Mənə dəstək olan hər bir kəsə minnətdaram. Xüsusi olaraq Sputnik Azərbaycan agentliyinə minnətdarlığımı bildirirəm. Onun əməkdaşları mənim müsabiqədə iştirakımı işıqlandırmaqdan savayı mənə çox böyük dəstək olublar. Mən onların radiosəsi olmaq təklifini məmnuniyyətlə qəbul edirəm" - Alcanova bildirib.

Tədbirin qonağı, "Avroviziya-2011" müsabiqəsinin qalibi, tanınmış müğənni Eldar Qasımov Pərvanəyə xoş arzularını bildirərək rəhbərlik etdiyi vokal məktəbdə dərs keçmək imkanı verən sertifikatı ona hədiyyə olaraq təqdim edib.

Eldar Qasımov: "Sputnik-in sayəsində mən Pərvanə haqqında eşidib bilmişəm, onun istedadını görmüşəm. O, vətənə qayıdandan sonra ona dəstək olmaq, ona vokalçı kimi inkişaf etməkdə kömək etmək qərarına gəldim. Şəxsən özüm onunla məşğul olacam".

Gənc ifaçımızın "Sən supersən!" müsabiqəsində iştirakı dövründə onlarla materialda onun oradakı çıxışları, həyəcanı və yeni dostları haqqında oxuculara məlumat verilib. Sputnik Azərbaycan agentliyinin təşəbbüsü ilə ölkənin məşhurları "Sən supersən!" adlı xüsusi bölmədə azərbaycanlı iştirakçılara öz dəstəklərini bildiriblər. Onların arasında məşhur "Bakılı oğlanlar" KVN komandasının üzvü Bəhram Bağırzadə, bəstəkar və aparıcı Murad Arif, populyar müğənnilər Eldar Qasımov və Dilarə Kazımova,  tanınmış şoumen Murad Dadaşov, rəqqasə və aktrisa Oksana Rəsulova kimi şəxslər Pərvanəyə dəstək olublar.

Hal-hazırda Sputnik Azərbaycan portalında "Sən supersən!" MDB və Baltikyanı ölkələrdən olan iştirakçılarına onlayn səsvermə hələ də davam edir. Bu səsvermənin nəticələrinə görə ən çox səs toplamış üç iştirakçı Sputnik radiosunun efirində çıxış edib öz sevimli mahnısını ifa etmək imkanı qazanacaq.

Sputnik Azərbaycan 2015-ci ilin may ayından fəaliyyət göstərir. Agentliyə Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və müasir multimediya mərkəzi daxildir. Sputnik Azərbaycan onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/536727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR