Bu iki prospektdə diqqətli olun!

Bu iki prospektdə diqqətli olun!
17:13 19 Aprel 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu axşam 22:00-dan etibarən Yasamal rayonu İnşaatçılar və Tbilisi prospektində rəngləmə işləri aparılacaq.

“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, işlər Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi çərçivəsində həyata keçiriləcək.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq. "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/195683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR