® Azercell gənclər üçün yeni müsabiqəyə başlayır

® Azercell gənclər üçün yeni müsabiqəyə başlayır
17:24 19 Aprel 2017
89 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Azercell Telekom MMC  mütaliə sevərlər üçün hazırladığı “Gənclər kitab oxuyur” layihəsində qiraətçi qismində iştirak etmək arzusunda olan gənclər üçün müsabiqə elan edir.  

Müsabiqəyə qatılmaq üçün natiqlik və qiraət bacarığına güvənən 18-29 yaş arası gənclər bookmate@azercell.com ünvanına özləri haqqında qısa məlumat, foto, əlaqə nömrəsi və səs nümunəsi göndərməlidirlər.  Gənclərin sevdikləri kitabdan 2-3 cümlə səsləndirməsi bu müsabiqədə iştirak etməyə kifayət edəcək. Eyni zamanda  səs nümunələri istənilən səsyazma cihazı (mobil telefon, diktofon) vasitəsi ilə qeydə alına bilər. Ən yaxşı qiraətçilər Azercell şirkətinin mütəxəssisləri tərəfindən seçilərək “Gənclər kitab oxuyur” layihəsi çərçivəsində Starbucks kafesində publika qarşısında kitab oxuyacaqlar. Müsabiqə 19.04.2017 – 23.04.2017 tarixlərini əhatə etməklə 5 gün davam edəcək. Qaliblərin  elan olunması 26.04.2017 tarixinə planlaşdırılır. Gənclər müsabiqənin şərtlərinə dair daha ətraflı məlumatıAzercell-in rəsmi internet və Facebook səhifələrində  izləyə bilərlər.

Məlumat üçün bildirək ki, Azercell-in  “Gənclər kitab oxuyur” layihəsi gənclər arasında mütaliə mədəniyyətini artırmaq, yerli müəlliflərimizi tanıtmaq, eləcə də dinamik həyatımızda intellektual istirahət imkanı təqdim etməyi qarşısına məqsəd qoyur. Oxu günlərində Azercellin 2 il bundan əvvəl istifadəyə verdiyi Bookmate tətbiqinə daxil etdiyi əsərlər gənc qiraətçilər tərəfindən “Starbucks Azerbaijan”nın Gənclik Mall-da yerləşən kafesində oxunacaq.

Qeyd edək ki,  Azercell ölkədə mütaliə mədəniyyətinin inkişafı, kitaba marağın artırılması üçün indiyə qədər bir sıra layihələr həyata keçirib. 2015-ci ildə təqdim edilən Bookmate əlavəsi sayəsində bütün Azercell abunəçiləri Azərbaycan, rus, ingilis, türk və onlarla əcnəbi dildə məhdudiyyətsiz kitab oxuya bilirlər. Azercell-in təqdim etdiyi mobil kitabxanada 690 000-dən artıq kitaba çıxış təmin olunub.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz          

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272580

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR