Bakı. Şəhriyar Əlizadə - APA. Milad bayramı münasibətilə cəzaçəkmə müəssisələrində mərasim keçirilib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası keşişlərinin iştirakı ilə ayrı-ayrı cəzaçəkmə müəssisələrində xristian dininə ibadət edən məhkumlar üçün nəzərdə tutulmuş ibadət otaqlarında mərasimlərin keçirilməsinə şərait yaradılıb.
Dini ayinlərin icra edilməsi ilə əlaqədar Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının keşişi protoiyerey Mefodiy 15 saylı cəzaçəkmə müəssisəsində olub, pravoslav kilsəsinə mənsub məhkumlarla görüş keçirib, dini mövzuda mühazirələr söyləyib, dualar oxuyub.
Tədbirin sonunda məhkumlara bayram hədiyyələri təqdim olunub.