Britaniya şahzadələri kişiləri psixoloqa müraciətə çağırdı

Uels şahzadələri Uilyam və Harri Britaniya kişilərini psixoloqa müraciət etməyə çağırıb.

Metbuat.az xəbər verir ki, onlar kişiləri psixoloqa müraciət etməklə problemlərini gizlətməməyə səsləyib:

"Uğur qazanan insanlar da həyatda müəyyən çətinliklər yaşayıb. Hər kəsin həyatında problemlər olur. Əsas olan bu problemləri gizlətməmək və həllinə çalışmaqdır. Bu məqsədlə psixoloqlara müraciət etsəniz, depressiyadan da vaxtında çıxmış olarsınız. Mən anam Diananın vəfatından sonra 2 il ərzində dərin sarsıntı keçirdim" deyən şahzadə Harri kişilərə səslənib.

Qeyd edək ki, hər iki şahzadə “Heads Together” layihəsi çərçivəsində insanların diqqətini psixoloji problemlərə cəlb etməyi bacarıb.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR