Millimiz penaltilərlə sevindi

Millimiz penaltilərlə sevindi
18:12 19 Aprel 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş 17 yaşadək qızlar arasında UEFA İnkişaf turnirində II turun oyunları keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan yığması meydan sahibləri ilə qarşılaşıb.

Komandamızın Monteneqro komandası ilə görüşünün əsas vaxtında qalib müəyyənləşməyib - 1:1. Turnirin əsasnaməsinə uyğun olaraq, qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha sərrast yerinə yetirən yığmamız 5:4 hesabı ilə qələbə qazanıb.
 
Qeyd edək ki, millimiz ilk oyununda Bosniya və Herseqovinaya 1:3 hesabı ilə məğlub olmuşdu. Komandamız turnirdə son oyununu aprelin 21-də Qazaxıstana qarşı keçirəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/536752.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR