Bakı-Qazax yolunda mikroavtobus aşdı: 7 nəfər xəsarət alıb

Bakı-Qazax yolunda mikroavtobus aşdı: 7 nəfər xəsarət alıb
18:24 19 Aprel 2017
108 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax yolunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın Aran bürosunun xəbərinə görə, hadisə yolun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
 
“Mercedes Vita” markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarına aşıb.
 
Nəticədə 7 nəfər, 2 qadın, 5 kişi xəsarət alıb. Onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına a yerləşdirilib.
 
Faktla  bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272587

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR