Ordumuzun təlimindən GÖRÜNTÜLƏR

Ordumuzun təlimindən GÖRÜNTÜLƏR
18:29 19 Aprel 2017
116 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan ordusunun genişmiqyaslı təlimləri davam edir. Lent.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, təlimlərin növbəti mərhəlisdə qoşunlar yerləşdikləri rayonlardan açılma həddinə çıxmaq üzrə tapşırıqları yerinə yetiriblər. Artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya və xüsusi növ qoşunların digər bölmələri tapşırıqları təlimin şərtlərinə uyğun yerinə yetiriblər. Təlimlərin bu mərhələsinin əsas xüsusiyyəti qoşunların qaranlıq vaxtı hərəkətinin təşkili və həyata keçirilməsidir ki, bu da işığı maskalama (gizlətmə) üzrə əlavə tədbirlərin görülməsini tələb edir.

 

Təlimlərdə əsas diqqət həmçinin tapşırıqların dəqiq və vaxtında icra edilməsi məqsədilə qoşunların hərtərəfli təminatına, komendant və mühəndis xidmətlərinin fəaliyyətinə yönəldilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272584

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR