Çempionlar Liqası:

Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları davam edir.

Metbuat.az-ın məlumatına görə, bu gün Avropanın ən mötəbər klub turnirində daha iki görüş keçiriləcək.

Günün mərkəzi matçında "Barselona" "Nou Kamp"da "Yuventus"u qəbul edəcək. Bir digər maraqla gözlənilən qarşılaşmada isə Dortmund "Borussiya"sı "Monako"nun qonağı olacaq.

Hər iki oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Çempionlar Liqası

1/4 final, cavab oyunları

19 aprel

22:45. “Barselona” (İspaniya) – “Yuventus” (İtaliya)

Baş hakim: Byörn Kuypers (Hollandiya)

İlk oyun – 0:3

22:45. “Monako” (Fransa) – “Borussiya” (Dortmund, Almaniya)

Baş hakim: Damir Skomina (Sloveniya)

İlk oyun – 3:2


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR