Zakir Həsənov təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib

Zakir Həsənov təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib
19:59 19 Aprel 2017
111 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan ordusunun genişmiqyaslı təlimləri davam edir. Lent.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təlimlər zamanı müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin dinamik dəyişən vəziyyət və qəbul edilən qərarlara dair məruzələrini dinləyib.

 

Qarşılıqlı fəaliyyətin effektivliyinin artırılması və qoşunların idarəolunması üzrə göstərişlər verilib.

 

Verilən taktiki müdaxilələr üzrə dəyişən şəraitdə qoşunların tapşırıqları düzgün qavramaları və yerinə yetirmələri məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi hissələrin və bölmələrin ərazidə praktiki fəaliyyəti yoxlanılıb.

 

Əsas diqqət silahlanmaya yeni qəbul edilmiş silah və hərbi texnikanın tətbiqi ilə taktiki fəaliyyətlərin yeni üsullarına yönəldilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272592

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR