İntiqam andı içən kral təlimə qatıldı - VİDEO

İntiqam andı içən kral təlimə qatıldı - VİDEO
20:13 19 Aprel 2017
150 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşmasının iordaniyalı pilotu yandıraraq öldürməsindən sonra intiqam andı içən İordaniya kralı II Abdullah hərbi forma geyinərək təlimlərə qatılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, kral M16 piyada tüfəngi və əsl güllədən istifadə edib.

İordaniyalı pilotun İŞİD tərəfindən yandırılmasından sonra terror qruplaşmasına qarşı müharibə elan edən 55 yaşındakı kralın təlimdə iştirakı ilə bağlı görüntüləri Krallıq tərəfindən yayımlanıb.

Görüntülərdə kralın ABŞ istehsalı olan M16 piyada tüfəngindən istifadə etdiyi görünür.

Ömər



Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195706.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR