Peterburq terrorçusunun qardaşı saxlanıldı

Peterburq terrorçusunun qardaşı saxlanıldı
20:29 19 Aprel 2017
96 Digər
Ölkə mətbuatı
A- A+

Moskva yaxınlığında Peterburq metrosunda törədilən terror aktının təşkilatçılarından bir Abror Əzimovun qardaşı saxlanılıb.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik xidmətindən bildiriblər.

 

Məlumata əsasən, araşdırma zamanı məlum olub ki, 1988-ci il təvəllüdlü Əkrəm Əzimov terror aktının hazırlanması zamanı pulların keçirilməsinə köməklik edib, eyni zamanda beynəlxalq terror təşkilatlarının emissarları ilə rabitə kanalının təşkilində iştirak edib.

 

Qeyd edək ki, Əkrəm Əzimovun kiçik qardaşı Abror aprelin 17-də Moskva vilayətinin Odintsovo rayonunda saxlanılıb.

 

Xatırladaq ki,  Sankt Peterburq metropolitenində aprelin 3-də törədilən partlayış nəticəsində 15 nəfər ölüb. Partlayış Qırğızıstan əsilli Akbarjon Cəlilov tərəfindən həyata keçirilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272594

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR