Zakir Həsənov təlimlərdəki vəziyyətə dair məruzələri dinlədi

Zakir Həsənov təlimlərdəki vəziyyətə dair məruzələri dinlədi
20:42 19 Aprel 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Təlimlər zamanı müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin dinamik dəyişən vəziyyət və qəbul edilən qərarlara dair məruzələrini dinləyib.

Milli.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qarşılıqlı fəaliyyətin effektivliyinin artırılması və qoşunların idarəolunması üzrə göstərişlər verilib.
 
Verilən taktiki müdaxilələr üzrə dəyişən şəraitdə qoşunların tapşırıqları düzgün qavramaları və yerinə yetirmələri məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi hissələrin və bölmələrin ərazidə praktiki fəaliyyəti yoxlanılıb.
 
Əsas diqqət silahlanmaya yeni qəbul edilmiş silah və hərbi texnikanın tətbiqi ilə taktiki fəaliyyətlərin yeni üsullarına yönəldilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/536834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR