Hərbi formanı geyib Vətən uğrunda yarışa çıxdılar - FOTO

Hərbi formanı geyib Vətən uğrunda yarışa çıxdılar - FOTO
20:57 19 Aprel 2017
167 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə keçirilən "Şahin" hərbi-idman oyunlarının rayon mərhələsi başa çatıb.

Baki Şəhəri üzrə Təhsil İdarəsindən Milli.Az-a verilən məlumata görə, yarışda hər bir komandanın tərkibi 14 nəfər (10 oğlan, 4 qız) olmaqla VIII və X sinif şagirdləri iştirak edib. Komandalar yarışın 8 mərhələsi üzrə öz qüvvələrini sınayıb və hər bir komanda 5 ballıq sistem üzrə qiymətləndirilib.

Yarışın nəticələrinə görə, Nəsimi rayonu üzrə 23, Xəzər rayonu üzrə 117, Nizami rayonu üzrə 220, Suraxanı rayonu üzrə 280, Yasamal rayonu üzrə 31, Qaradağ rayonu üzrə 228, Səbail rayonu üzrə 49, Xətai rayonu üzrə 138, Nərimanov rayonu üzrə 291, Binəqədi rayonu üzrə 100, Sabunçu rayonu üzrə 74 nömrəli tam orta məktəblərin komandaları I yerə layiq görülüb.

Rayon mərhələsinin qalibi olan məktəblərin komandaları aprelin 29-da Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçiriləcək Bakı şəhər birinciliyində iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, "Şahin" hərbi-idman oyunları Təhsil, Gənclər və İdman, Müdafiə, Fövqəladə Hallar, Mədəniyyət və Turizm nazirlikləri,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Respublika Veteranlar Təşkilatının birgə qərarı ilə təsdiq edilmiş əsasnaməyə uyğun olaraq keçirilir.

Oyunların keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsindən ibarətdir.

Zabit Əsgərov

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/536831.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR