UEFA “Beşiktaş” və “Lion”a pul cəzası kəsdi

UEFA “Beşiktaş” və “Lion”a pul cəzası kəsdi
20:59 19 Aprel 2017
94 Digər
Ölkə mətbuatı
A- A+

UEFA Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilmiş “Lion” - “Beşiktaş” oyunu ilə (2:1) bağlı qərar verib.

 

Apasport.az saytının məlumatına görə, Avropanın ali futbol quruma hər iki kluba pul cəzası verməklə yanaşı, onlara şərt də qoyub.

 

Belə ki, qarşıdakı iki il ərzində hər iki komanda oxşar hadisə ilə gündəmə gəlsə, avrokuboklardan 1 il müddətinə kənarlaşdırılacaqlar.

 

Bundan başqa, səbəbkarlar hərəyə 100 min avro cəza da ödəyəcəklər.

 

Qeyd edək ki, “Lion” - “Beşiktaş” oyunundan öncə yerli və qonaq azarkeşlər arasında insident yaşanmış, buna görə matç 45 dəqiqə gec başlamışdı. Oyundan sonra hər iki tərəf insidentə görə digərini günahlandırsa da, UEFA tərəfləri eyni dərəcədə günahkar bilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272595

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR