UEFA "Beşiktaş" və "Lion"u cəzalandırdı

UEFA, Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində "Lion" və "Beşiktaş" (2:1) arasında keçirilmiş matçla bağlı qərarını açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, hər iki klub 100 min avro məbləğində cərimələnib.

Bununla yanaşı, qarşıdakı iki il ərzində "Lion" və "Beşiktaş"ın oyunlarında oxşar hadisələr təkrarlansa, komandalar avrokuboklardan 1 il müddətinə uzaqlaşdırılacaqlar.

Xatırladaq ki, azarkeşlər arasında baş vermiş insident səbəbindən "Lion" - "Beşiktaş" matçı 45 dəqiqə gec başlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR