Qadın intihar edib

Qadın intihar edib
22:27 19 Aprel 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Zaqatalada 51 yaşlı qadın intihar edib.

Milli.Az bildirir ki, Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, bu gün saat 16 radələrində rayonun Bəhmətli kənd sakini, 1966-cı il təvəllüdlü Adilə Bəkir qızı Muradova kəskin zəhərlənmə əlamətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Müayinə zamanı məlum olub ki, uzun illərdi əsəb xəstəliyindən əziyyət çəkən 51 yaşlı Adilə Muradova intihar etmək məqsədi ilə sirkə turşusu qəbul edib.

Həkimlərin səyinə baxmayaraq Adilə Muradovanın həyatını xilas etmək mümkün olmayıb. O, saat 20 radələrində ölüb.
 
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/536852.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR