Almaniya Türkiyə-Rusiya-İran əməkdaşlığından narahatdır

Almaniya xarici işlər nazirliyinin mətbuat katibi Martin Şafer Rusiya, Türkiyə və İranın Suriya məsələsini ABŞ və Avropa İttifaqının iştirakı olmadan həll etməyə çalışmasının narahatlıq doğurduğunu bildirib.

Metbuat.az-ın məlumatına görə, Moskva, Tehran və Ankara arasında əməkdaşlığın olduğunu və bu işbirliyi sayəsində Astana danışıqlarının baş tutduğunu deyən Şafer əlavə edib:

"Avropa və ABŞ olmadan qurulan əməkdaşlıqlar narahatlıq doğurur. Çünki Suriyadakı vəziyyəti düzəltmək ancaq bütün tərəflərin iştirakı ilə mümkündür".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR