Qafqaz kefirinin qatıqdan fərqi

Qafqaz kefirinin qatıqdan fərqi
22:37 19 Aprel 2017
130 Maraqlı
Ölkə mətbuatı
A- A+

Kefir Qafqaz xalqlarının daim istifadə etdiyi inək, keçi və qoyun südündən hazırlanan fermentasiya olunmuş, yəni mayalanmış süddür. Qafqaz kefirinin turşməzə dadı var, tərkibində bakteriyaların sayı süddəkindən çox olduğuna görə orqanizm üçün olduqca faydalıdır. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, herontoloqlar Qafqaz xalqlarının uzunömürlülüyünün səbəblərindən birini də regionda yetişən meyvələrin tərkibində probiotiklərin çox olmasında görürlər, kefir isə bütünlüklə probiotik, mineral və vitamin mənbəyidir.

Kefirin mayası ondan istifadə edənlərdən götürülür. Maya ağ rəngdə partlamış qarğıdalı dənələrinə və ya gül kələminə bənzəyən göbələkdir. Yarım litr qaynanmış südə təxminən 1 çay qaşığı kefir mayası kifayət edir. Əvvəlcə təbii süd qaynadılır, soyudulur, kefir dənələri südə qarışdırılır, otaq şəraitində bir sutka saxlayandan sonra kefir dənələri süzülür, alınan kefir bir sutka ərzində içilir. Kefirin dəmir süzgəcdən süzülməsi onun keyfiyyətini aşağı salır. Bir müddət sonra kefir göbələyi çoxalaraq böyüyəndə onu bölüb paylamaq olar.

Qatıq kimi kefir də südün mayasından alınır və dad etibarı ilə ona bənzəyir. Lakin qatıq probiotiuk istehsalına yardım edən mühit yaradır, kefir isə probiotikin özüdür. Qatığın çox yeyilməsi mədə divarını qıcıqlandırır, kefir isə orqanizmdə hətta mədə xəstəliklərinin törədicisi olan helicobacter pylorini məhv edir.

Kefirin enerji dəyəri 150 kaloridir və tərkibində cəmi 5-8 qram yağ olması onu pəhriz saxlayanlar üçün ideal vasitəyə çevirir. Kefir nə qədər yağlı olsa onun tərkibində olan fol turşusu və dəmirin miqdarı bir o qədər çox olur. Qafqaz kefiri yağlı, quru, normal və həssas dəri tipləri üçün cavanlaşdırıcı, ağardıcı, qidalandırıcı və nəmləndirici maskaların hazırlanmasında istifadə olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/536644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR