Sergey Karyakin Vüqar Həşimovun məzarını ziyarət etdi –

Şəmkirdə keçiriləcək Vüqar Həşimov Memorialında iştirak etmək üçün Azərbaycana gələn Sergey Karyakin ilk olaraq Vüqar Həşimovun məzarını ziyarət edib.

Metbuat.az-ın məlumatına görə, Sergey Karyakin dostu Vüqar Həşimovla bağlı xatirələrini yada salıb, şahmatçımızın heykəli önünə gül dəstələri qoyub.

Qrossmeyster sonra Vüqar Həşimov Şahmat Akademiyasına yollanıb. Orada yeniyetmə şahmatçılarla görüşən Sergey Karyakin uşaqların suallarına cavab verib. Günün ikinci yarısında Rusiya təmsilçisi turnirdə iştirak etmək üçün Şəmkirə yola düşüb.

Qeyd edək ki, “Synergy Group” və Azərbaycan Şahmat Federasiyasının təşkil etdiyi “ShamkirChess2017” turnirinin təntənəli açılış mərasimi sabah keçiriləcək. Şəmkirdəki Heydər Əliyev Mərkəzində təşkil olunacaq açılış saat 18:30-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR