Müller: "10 nəfərlə 14 nəfərə qarşı oynamaq çox çətindir"

Müller: "10 nəfərlə 14 nəfərə qarşı oynamaq çox çətindir"
23:32 19 Aprel 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

"Bavariya"nın futbolçusu Tomas Müller "Real"la oyun barədə fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, alman hücumçu bunları deyib:

"Biz yaxşı təsir bağışlamadıq. Amma kişi kimi oynadıq. Oyunun necə getdiyinə baxmaq kifayətdir. 10 nəfərlə 14 nəfərə qarşı oynamaq çox çətindir. "Real"ın ikinci qolu qaydalar çərçivəsində vurulmadı. Hakim hər şeyi görürdü. Meydanda 11 futbolçu ilə yaxşı mübarizə aparırdıq. Amma hakimlər gedişatı öz əllərinə aldı. Bəlkə də, Vidala 2-ci sarı vərəqə daha öncə göstərilməli idi. Lakin həmin ikinci sarını aldığı epizodda topa oynamışdı".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/536722.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR