Suriyada kimyəvi silahdan istifadə edilib -

Suriyanın İdlib vilayətində kimyəvi silahdan istifadə edilməsi faktı öz təsdiqini tapıb.

Metbuat.az "Ria Novosti"yə istinadən bildirir ki, bu barədə məlumatı Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı təsdiqləyib.

Təşkilatın yekun bəyanatında qeyd olunub:

"Üç nəfərin üzərində aparılan analizlərin nəticələrinə əsasən deyə bilərik ki, ölənlər zarin və yaxud da ona bənzər kimyəvi maddələrin təsirindən zəhərləniblər. Oxşar nəticə xəstəxanada müalicəsini davam etdirən 7 nəfərin analiz zamanı da əldə olunub".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR