Türkiyədə zəncirvari qəza: 5 ölü, 5 yaralı

Türkiyədə zəncirvari qəza:  5 ölü, 5 yaralı
00:14 20 Aprel 2017
116 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Gaziantep vilayətində ağır yol qəzası baş verib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Gaziantep-Şanlıurfa avtomagistralında qeydə alınıb.

 

Məlumata əsasən, üç avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, daha 5-i xəsarət alıb.

 

Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri barədə məlumat verilmir.

 

Hadisə yerində polis və xilasedicilər işləyir. Qəza səbəbindən hadisənin baş verdiyi yol bağlanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272604

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR