ÇL: "Yuventus" və "Monako" yarımfinalda - VİDEO

ÇL: "Yuventus" və "Monako" yarımfinalda - VİDEO
00:53 20 Aprel 2017
166 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Çempionlar Liqasında daha iki yarımfinalçının adı məlum olub.

Publika.az xəbər verir ki, "Barselona" - "Yuventus" oyununda hesab açılmayıb. İlk oyunda 3:0 hesablı qələbə qazanan İtaliya təmsilçisi adını yarımfinala yazdırıb.

Digər oyunda "Monako" Dortmund "Borussiya”sına şans verməyib. Cavab oyununda da almanlara 3 top vuran "Knyazlıq klubu" növbəti sona qalan 4 komandadan biri olub.

Çempionlar Liqası

1/4 final mərhələsi, cavab oyunları

19 aprel

22:45. "Barselona” (İspaniya) - "Yuventus” (İtaliya) - 0:0

Baş hakim: Byorn Kuypers (Hollandiya)

İlk oyun – 0:3

22:50. Monako (Fransa) – Borussiya (Dortmund, Almaniya) - 3:1

Qol: Kilian Mbappe, 3. Radamel Falkao, 17. Valere Jermen, 81 - Marko Roys, 48

Baş hakim: Damir Skomina (Sloveniya)

İlk oyun – 3:2.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/195734.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR