Çempionlar Liqası:

Çempionlar Liqasında 1/4 final mərhələsinin son cavab oyunları keçirilib.

Metbuat.az-ın məlumatına görə, günün bir digər matçında "Monako" "Borussiya"nı qəbul edib.

3-cü dəqiqədə Mbappe ev sahiblərini hesabda önə keçirib. Çox keçmədən Falkao fərqi artırıb. İkinci hissənin startında Roys Dortmund klubunu ümidləndirsə də, "Borussiya"nın gücü bundan artığına çatmayıb. Əvəzində "Monako"nun heyətində fərqlənən Jermen yekun hesabı müəyyənləşdirib.

İki oyunun ümumi nəticəsinə görə 6:3 hesabı ilə üstün olan "Monako" adını Çempionlar Liqasının yarımfinalçıları sırasına yazdırıb.

Çempionlar Liqası

1/4 final, cavab oyunları

"Monako" - "Borussiya" (Dortmund) - 3:1

Qollar: Mbappe, 3, Falkao, 17, Jermen, 81 - Roys, 48

İlk oyun - 3:2


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR