Prezident seçkilərinin ilk turu geridə qaldı -

Albaniyada prezident seçkilərinin ilk turu keçirilib.

Metbuat.az-ın məlumatına görə, ilk tur geridə qalsa da, hələ də namizəd yoxdur. Nəticədə birinci tur yekun qərar alınmadan yekunlaşıb.

Qeyd edək ki, parlamentin seçki ilə bağlı iclasına, boykot qərarı alan müxalifət üzvləri qatılmayıblar.

Albaniya qanunlarına əsasən, prezident olmaq istəyən şəxsin namizədliyinin təsdiqlənməsi üçün minimum 20 millət vəkili onu dəstəkləməlidir.

Konstitusiyaya görə, Albaniyada prezident 140 millət vəkili arasında keçirilən gizli səsvermə nəticəsində müəyyənləşir. Ən azı 84 nəfərin etimadını qazanan namizəd prezident seçilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR