Ukraynada neft bazasında partlayış

Ukraynada neft bazasında partlayış
03:44 20 Aprel 2017
88 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynanın paytaxtı Kiyev yaxınlığında neft bazasında partlayış baş verib.

 

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, insident Vişnyovoe şəhərində qeydə alınıb.

 

Hadisə nəticəsində neft bazasının əməkdaşı yanıq xəsarəti alıb. Onun xəstəxanaya yerləşdirildiyi bildirilir. Məlumata  əsasən, partlayış sisternli avtomobilə dizel yanacağı doldurarkən baş verib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272608

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR