Kolumbiyada torpaq sürüşməsi: 19 ölü

Kolumbiyada torpaq sürüşməsi: 19 ölü
04:29 20 Aprel 2017
119 Digər
Ölkə mətbuatı
A- A+

Kolumbiyada Manisales şəhərində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 11 nəfərin öldüyü bildirilirdi.

 

Son məlumata əsasən, təbii fəlakət nəticəsində 75 yaşayış evi dağılıb,  6 nəfər itkin düşmüş hesab edilir. 400 ailə təhlükə kəsb edən ərazidən təxliyə edilib.

 

Torpaq sürüşməsinə aramsız yağan yağışların səbəb olduğu bildirilir. Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam edir.

 

Qeyd edək ki, bundan əvvəl Kolumbiyanın Putumayo departamentində baş vermiş sel daşqınları nəticəsində 320 nəfər ölüb. Aprelin 1-ə keçən gecə baş verən faciəyə səbəb leysanlar nəticəsində Mokoa çayının məcrasından çıxması olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272610

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR