Bakıda silahlı insident- 1 nəfər yaralandı

Bakıda silahlı insident- 1 nəfər yaralandı
05:33 20 Aprel 2017
239 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Səbail rayonunda silahlı insident qeydə alınıb.

"Report" xəbər verir ki, 1986-cı il təvəllüdlü Bağırov Ələddin İsəddin oğlu Bayıl qəsəbəsində naməlum şəraitdə güllə yarası alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

O, Səbail Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarına ilkin dindirilmə zamanı bildirib ki, qəsəbə ərazisində küçə ilə hərəkət edən zaman naməlum istiqamətdən ona atəş açılıb.

Faktla bağlı Səbail RPİ-də araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/195746.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR