Exchange Server 2007-in sonu çatır

Exchange Server 2007-in sonu çatır
07:27 20 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Microsoft" şirkəti "Exchange Server 2007" platformasının dəstəyini dayandırır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Microsoft" şirkəti 11 aprel 2017-ci il tarixindən etibarən sözügedən platforma üçün təhlükəsizlik yeniləmələri buraxmayacaq, həmçinin texniki məsləhətlərin verilməsini dayandıracaq. Proqram nəhəngi indiyədək "Exchange Server 2007" platformasından istifadə edən şirkətlərə korporativ İT infrastrukturunun təhlükəsizliyini təmin etmək məqsədilə "Office 365" paketi çərçivəsində birbaşa, mərhələli və ya hibrid miqrasiya metodu vasitəsilə "Exchange Online"a keçməyi və ya yeni "Exchange Server 2016" versiyasından istifadəni tövsiyə edir.

"Microsoft"un rəsmisi xatırladır ki, "Exchange Server" platformasının əsas və genişləndirilmiş dəstəyinin müddəti 10 ildir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/536297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR