"Ağıllı" çamadan yaradılıb

"Ağıllı" çamadan yaradılıb
07:52 20 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Mütəxəssislər "GPS" vasitəsilə real vaxt rejimində izlənilə bilən "E-Case" adlı "ağıllı" çamadan yaradıblar.   

Milli.Az ICTnews-a istinadən bildirir ki, "ağıllı" çamadanın yaradılmasına səbəb səyahətlər zamanı hazırda müasir dünyada böyük problemə çevrilən əşyaların itirilməsi olub.  

Məlumata görə, qiyməti 250 dollar təşkil edən yeni qurğu alıcılara üç müxtəlif ölçüdə və beş rəng çalarında təklif olunur. Bazarda "ağıllı" məhsullar mövcud olsa da, onlar istifadəçiləri yalnız baqaj itəndən sonra məlumatlandırırlar. "E-Case" çamadanının qlobal "GPS" sistemi ilə təchiz olunması sayəsində baqajı smartfonda real vaxt rejimində izləmək mümkün olur.

"E-Case", həmçinin əlavə təhlükəsizlik üçün "Bluetooth" ilə təkmilləşdirilmiş rəqəmli bloklama və barmaq izi skaneri ilə təchiz edilib. Bundan başqa, qurğunu mətnli bildiriş vasitəsilə məsafədən blokdan çıxarmaq olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/536300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR