Kiyevdə neft bazasında partlayış baş verib

Kiyevdə neft bazasında partlayış baş verib
09:05 20 Aprel 2017
49 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Kiyev vilayətinin Vişnyovoe şəhərində yerləşən neft bazasında partlayış baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, partlayış səsi sisternli avtomobil dizel ilə doldurulduqdan sonra eşidilib.
Partlayış nəticəsində yanğın olmayıb. Bazanın bir əməkdaşı xəsarət alıb. O, hadisə baş verən zaman sisternin üzərində olub. Yaralı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumatlara görə, polis "yüksək təhlükəli işin görülməsi zamanı təhlükəsizlik qaydalarının pozulması" maddəsi üzrə cinayət işi açıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/536893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR