""Yuventus" qarşısında "şapka çıxarıram""

""Yuventus" qarşısında "şapka çıxarıram""
09:17 20 Aprel 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının 1/4 finalında üz-üzə gələn "Yuventus" - "Barselona" qarşılaşmasında sevinən turinlilər oldu.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk oyunda 3:0 hesabı qalib gələn italiyalılar ikinci oyunda qapısını toxunulmaz saxlayaraq yarımfinala adlayıb.

Matç başa çatdıqdan sonra hər iki komandanın baş məşqçiləri fikirlərini bölüşüblər.
 
Luis Enrike ("Barselona"): "Bu, futboldu. Sürətli oyunla rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratmağı planlaşdırmışdıq, ancaq son anda hücumları məntiqi sonluğa çatdıra bilmədik. İki yaxşı komandanın ifasında yaxşı oyun izlədik. "Yuventus" qarşısında "şapka çıxarıram". Onların əla baş məşqçiləri və keyfiyyətli oyunçuları var. Bu komanda turnirin qalibi olmaq üçün hər şeyə sahibdi. Ancaq unutmaq olmaz ki, geridə qalan bütün komandalar eyni xüsusiyyətlərə malikdilər".
 
Massimiliano Alleqri ("Yuventus"): "Bu mövsüm etdikləri hər şey üçün oyunçularımı təriflləyə bilərəm. Yarımfinalda oynamağa haqq qazanaraq irəliyə doğru inamlı addım atdıq. Bu gün çox yaxşı müdafiə olunduq, sadəcə hücumda bir az dəqiqlik çatmadı. Burda üzərimizdə təzyiq hiss etmədik, ancaq unutmayaq ki, bu, finalın keçiriləcəyi Kardiffə bizi bir az da yaxınlaşdırdı. İki oyunda "Barselona"dan qol buraxmamaq inanılmaz bir şeydi. Biz hər zaman öz üzərimizdə işləyirik, futbolçular da anlamalıdırlar ki, daha yaxşısını da etmək olar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/536913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR