Şahzadə Uilyam futbolçunun həyat yoldaşını ordenlə mükafatlandırdı - FOTOLAR

Şahzadə Uilyam futbolçunun həyat yoldaşını ordenlə mükafatlandırdı - FOTOLAR
09:33 20 Aprel 2017
90 Şou
Ölkə mətbuatı
A- A+

43 yaşlı Viktoriya Bekhem moda sahəsində göstərdiyi xidmətlərinə görə Britaniya imperiyasının ordeni ilə təltif olunub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Spice Girls” qrupunun sabiq-solisti, indi isə uğurlu dizayner kimi özünü təsdiqləyən Viktoriya Bekhem Britaniya imperiyasının zabiti olub.

Təntənəli tədbir Bukinqem sarayında keçib, şöhrəti ordenini isə şahzadə Uilyam təqdim edib. Ordenin təqdimolunma mərasimində Viktoriya Bekhemin valideynləri ilə həyat yoldaşı Devid Bekhem də iştirak edib.

Moda sənayesinə töhfələrini görə mükafata layiq görülən dizayner təəssüratlarını bölüşüb:

“Əgər nə barədəsə arzulayırsınızsa və çox işləyirsinizsə, onda siz mütləq uğura nail olacaqsınız. Mən valideynlərimlə və ərimlə bu gözəl anları bölüşdüyüm üçün çox şadam. Onların məhəbbət və dəstəyi olmadan uğur qazanmaq mümkün olmazdı”.

Yeri gəlmişkən xatırladaq ki, məşhur modelyerin futbolçu həyat yoldaşı Devid Bekhem 13 il əvvəl idman sahəsində xidmətlərinə və futbolun inkişafına verdiyi töhfələrə görə kraliça II Yelizeveta tərəfindən bu mükafata layiq görülüb. D.Bekham 2003-ci ildə Britaniya imperiyası ordeninin zabiti olub.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/195758.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR