Azərbaycanlı aktrisa cəsarətli kürək dekoltesi ilə göz oxşadı - FOTOLAR

Azərbaycanlı aktrisa cəsarətli kürək dekoltesi ilə göz oxşadı - FOTOLAR
09:48 20 Aprel 2017
332 Şou
Ölkə mətbuatı
A- A+

Dünən "Flame Towers Cinema"da “Don Marleone” filminin təqdimat mərasimi baş tutub.

Publika.az xəbər verir ki, qala gecəsi bir çox hadisələrlə yadda qalıb. Xüsusilə filmdə baş rolu canlandıran gənc aktrisa Natavan Əfəndiyeva diqqət mərkəzində olub. Aktrisa qala gecəsi üçün qırmızı, kürək dekoltesi olan ziyafət libası seçib. 21 yaşlı cazibədar aktrisa kürəyinin gözəlliyini və çiyninindəki kəpənək döyməsini nümayiş etdirməkdən çəkinməyib.

“Don Marleone” filmində Rüstəm Cəbrayılovla tərəf müqabili olan aktrisa təəssüratlarını bizimlə bölüşüb:

"Sadəcə döyüş səhnələrində çətin oldu, bunun üçün də bir həftə dərs aldım. Filmin uğur qazanmasına şübhə etmirəm. Filmə ilk dəfə çəkilməyimə baxmayaraq, istedadımın gözəlliyimdən daha güclü olduğunu düşünürəm".

Aktrisa şəxsi həyatından danışmaq istəməsə də, sevgilisi olduğunu gizlətməyib.

Qeyd edək ki, N.Əfəndiyeva “Vicdan haqqı” serialında çəkilir.

Aytən

Fotolar: Nurlan Gülmməmədov


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/195762.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR