Bakıda iki marşrutun əvvəlki xətləri bərpa olunub

Bakının Niyazi küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsindən Azneft meydanınadək olan hissəsində aparılan təmir işləri yekunlaşdığından artıq həmin yoldan keçən 6 və 65 nömrəli marşrut xətləri üzrə avtobuslar əvvəldən müəyyən edilən sxem üzrə hərəkət edirlər.

Bakı Nəqliyyat Agentliyindən Metbuat.az-a verilən məlumata görə, təmirlə əlaqədar marşrut xətlərində edilən müvəqqəti dəyişiklik ləğv edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR