Luis Enrikedən acı etiraf

Luis Enrikedən acı etiraf
10:17 20 Aprel 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

“Barselona”nın baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/4 final mərhələsinin “Yuventus”la cavab oyunu (0:0) ilə bağlı danışıb. Fanat.Az xəbər verir ki, mütəxəssis rəqibin güclü olduğunu etiraf edib:


“Bu, futboldu. Sürətli oyunla rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratmaq istəyirdik. Ancaq hücumların sonluğu alınmırdı. İki güclü komandanın qarşılaşmasını izlədik. “Yuventus” qarşısında papağımı çıxarıram.  Onların əla baş məşqçiləri və keyfiyyətli oyunçuları var. “Yuventus” turnirin qalibi olmaq üçün hər şeyə sahibdi. Ancaq unutmayın ki, digər komandalar da eyni xüsusiyyətlərə malikdilər".


Xatırladaq ki, “Barselona” iki oyunun nəticəsinə görə ÇL-lə vidalaşıb (0:3, 0:0).


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-luis-enrikedn-ac-etiraf-t57741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR