Instagram-dan möhtəşəm yenilik

Instagram-dan möhtəşəm yenilik
10:17 20 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"F8" konfransında çıxış edən Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq İnstagram-a offlayn versiyanın əlavə ediləcəyini açıqlayıb.

Milli.Az technote-yə istinadən xəbər verir ki, yeni xüsusiyyət ilə istifadəçilər internet bağlantısı olmadıqda belə tətbiqi istifadə edə biləcək və hazırkı məzmun, profil və bildirişləri görə biləcəklər.

Bəyənmə, izləmə və şərh yazmaq kimi əsas xüsusiyyətlər də offlayn versiyada istifadə ediləcək.
İnternet qoşulması yox ikən edilən bütün bu əməliyyatlar offlayn olaraq qeyd ediləcək və internetə qoşulduğu anda avtomatik olaraq yenilənəcək.

Hələlik, sadəcə, Instagram-ın Android tətbiqindəki beta istifadəçiləri tərəfindən istifadə edilə bilən offlayn modu qarşıdakı aylarda hər kəs üçün istifadəyə təqdim ediləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/536943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR