Dünyanın ən varlı idmançısı hamilədi - FOTO

Dünyanın ən varlı idmançısı hamilədi -   FOTO
10:37 20 Aprel 2017
102 İdman
Ölkə mətbuatı
A- A+

Dünyanın bir nömrəli tennisçisi hesab edilən Serena Uilyams hamilədir. Ən iri idmançılardan biri hesab edilən 35 yaşlı Serenanın hamiləliyi 20-ci həftəsindədi. 


Onun ilk övladının atası isə Aleksis Ohanyandı. Bu barədə tennisçi özü "Snapchat"da məlumat verib və böyüyən qarnını nümayiş etdirdiyi fotosunu yerləşdirib. "20 həftə", o fotosunu məhz belə şərh edib. 


Hələlik cinsiyyəti bilinməyən körpə Uilyams və İT sahəsində çalışan, iş adamı, məşhur "Reddit" saytının təsisçisi olan 33 yaşlı Ohanyanın ilk övladıdır.


Tennisçinin bu açıqlamasından sonra onun yanvar ayında keçirilən çempionatı hamilə ola-ola qazandığı bəlli olub.


Serena Uilyams dünyanın ən çox qazanan idmanaçılarındandı. (istipress)



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-dunyann-n-varl-idmancs-hamildi-t57743.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR